Almaniyanın radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel kansler Fridrix Mertsin siyasətini sərt şəkildə tənqid edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vaydelin sözlərinə görə, hökumətin hazırkı kursu Almaniyanın Rusiya üçün potensial hədəfə çevrilməsi riskini artırır.
“Fridrix Merts Almaniyanı Rusiyanın hədəfinə çevirir. Buna dərhal son qoyulmalıdır”, – deyə AfD lideri bildirib.
O, Ukraynadakı müharibənin artıq Avropa üçün, xüsusilə də Almaniya baxımından təhlükəsizlik məsələsinə çevrildiyini iddia edib.
Vaydel Mertsin fəaliyyətini istehza ilə qiymətləndirərək onu “Almaniyanın indiyədək ən yaxşı kansleri” adlandırıb.
