Brüsselin Gürcüstanla bağlı siyasətinin Avropa İttifaqının öz maraqlarına zidd olduğu iddia edilir.
Army.az xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında səsləndirib.
Belçika və Lüksemburqa planlaşdırdığı səfərlərlə bağlı sualı cavablandıran Papuaşvili Aİ-yə üzv dövlətlərlə birbaşa dialoqun vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Tbilisi Brüsselin siyasətinin yaratdığı problemləri konkret fakt və arqumentlərlə Avropa ölkələrinin diqqətinə çatdırmalıdır.
Parlament sədri bildirib ki, Gürcüstanın məqsədi Avropanı bütövlükdə ölkəyə qarşı mövqe tutan tərəf kimi təqdim etmək deyil. O, söhbətin müəyyən qrupların fəaliyyətindən getdiyini qeyd edib.
Papuaşvili Avropa fondlarından ayrılan vəsaitlərin Gürcüstanda zorakılığın maliyyələşdirilməsinə yönəldildiyini iddia edib. Onun sözlərinə görə, bu məsələdə Brüssel və Avropa Parlamentinin üzvlərinin nəzarət etdiyi maliyyə resursları da müzakirə mövzusudur.
