Ev DünyaPapuaşvilidən Aİ-yə sərt mesaj: “Gürcüstan yalnız kağız üzərində dövlət olardı”

Papuaşvilidən Aİ-yə sərt mesaj: “Gürcüstan yalnız kağız üzərində dövlət olardı”

by Baş Redaktor
65 Baxış

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinin Brüsselin tövsiyələrinə uyğun hərəkət etməsi halında Rusiya ilə münasibətlərdə gərginliyin arta biləcəyini və bunun ciddi nəticələr doğura biləcəyini bildirib.

Army.az xəbər verir ki, Papuaşvili jurnalistlərə açıqlamasında qeyd edib ki, Gürcüstanın əsas məqsədi real dövlət kimi mövcudluğunu qorumaq olmalıdır.

Onun sözlərinə görə, Tbilisi Brüsselin tövsiyələrinə əməl edərək Rusiya ilə eskalasiyaya getsəydi, ölkə iqtisadi və təhlükəsizlik baxımından ağır vəziyyətlə üzləşə bilərdi:

“Düşünürəm ki, kağız üzərində namizəd ölkə olmağımız, kağız üzərində dövlət olmağımızdan daha yaxşıdır. Seçim məhz bundan ibarətdir”.

banner

Papuaşvili hesab edir ki, Rusiya ilə gərginliyin artırılması Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərə və ölkəni yeni hərbi qarşıdurma riski ilə üz-üzə qoya bilər.

O, belə bir ssenarinin reallaşması halında Gürcüstanın Ukrayna kimi müharibənin ağır nəticələri ilə üzləşə biləcəyini, həmçinin iqtisadi baxımdan Moldova ilə müqayisə edilə biləcək problemlər yaşaya biləcəyini iddia edib.

Papuaşvili vurğulayıb ki, Tbilisinin hazırkı siyasətinin əsas prioritetlərindən biri ölkəni yeni hərbi qarşıdurmadan uzaq tutmaqdır.

Əlaqəli Yazılar Xüsusi