Ev TexnologiyaBelarus ordusu dronları yandıran lazer silahı ilə təchiz edildi

Belarus ordusu dronları yandıran lazer silahı ilə təchiz edildi

by Baş Redaktor
174 Baxış

Belarus ordusunun arsenalına yüzlərlə metr məsafədəki dronları yandıra bilən “Şafran” lazer kompleksi daxil edilib.

Army.az xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus deyib.

Onun sözlərinə görə, Belarus istehsalı olan kompleksin gücünü, təsir məsafəsini və digər taktiki-texniki göstəricilərini artırmaq məqsədilə modernləşdirmə işləri davam etdirilir.

Qeyd edək ki, 2025-ci ilin sentyabrında “İzvestiya” qəzeti Rusiya-Belarusun “Qərb-2025” birgə hərbi təlimlərində “Şafran” döyüş lazerindən istifadə edildiyini yazmışdı. Nəşrin məlumatına görə, kompleks kiçik ölçülü pilotsuz uçuş aparatlarını bir kilometrədək məsafədə məhv etmək qabiliyyətinə malikdir.

banner

Əlaqəli Yazılar Xüsusi