Ev Hərbi TexnologiyaF-35-lərin yarısından çoxu uçuşa hazır deyil – hesabat

F-35-lərin yarısından çoxu uçuşa hazır deyil – hesabat

by Baş Redaktor
20 Baxış

ABŞ-ın ən müasir və ən bahalı döyüş təyyarələrindən olan F-35 Lightning II ilə bağlı ciddi problemlər üzə çıxıb.

Army.az xəbər verir ki, “Defense News” rəsmi audit hesabatı göstərir ki, təyyarələrin yalnız 44 faizi uçuşa hazır vəziyyətdədir.

Bundan əlavə, yalnız 25 faizi bütün döyüş tapşırıqlarını tam şəkildə yerinə yetirməyə qadirdir.

Mütəxəssislər bu vəziyyətin əsas səbəbləri kimi ehtiyat hissələrinin çatışmazlığını, proqram təminatındakı gecikmələri və korroziya problemlərini göstərirlər.

banner

Pentaqon problemi aradan qaldırmaq üçün 13,7 milyard dollarlıq modernizasiya proqramı başladıb, lakin ciddi yaxşılaşmanın ən tez 2026-cı ilin sonuna qədər gözlənilmədiyi bildirilir.

Hazırda ABŞ 800-dən çox F-35 istismar edir və gələcəkdə əlavə təxminən 1700 təyyarənin alınması planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi