Ev Hərbi TexnologiyaPxenyan yeni mərhələyə keçir: Kim Çen İndən nüvə göstərişi

Pxenyan yeni mərhələyə keçir: Kim Çen İndən nüvə göstərişi

by Baş Redaktor
31 Baxış

Şimali Koreya lideri Kim Çen İn Şimali Koreyanın nüvə materialları istehsal edən yeni müəssisəsini ziyarət edib və ölkənin nüvə potensialının sürətlə artırılması ilə bağlı göstəriş verib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata əsasən, Kim Çen İn nüvə arsenalının “eksponensial sürətlə” genişləndirilməsinin vacibliyini vurğulayıb və bunu dövlətin təhlükəsizliyi üçün əsas şərt kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu addım ABŞ-ın “düşmən siyasəti” və mümkün təhlükələr qarşısında Şimali Koreyanın müdafiə qabiliyyətini gücləndirmək üçün zəruri hesab olunur.

banner

Pxenyan rəhbərliyi nüvə potensialının artırılmasını ölkənin strateji təhlükəsizliyi baxımından prioritet istiqamət kimi təqdim etməyə davam edir.

Əlaqəli Yazılar Xüsusi