Ev Hərbi XəbərlərBolqarıstan “İstəklilər koalisiyası”na qoşulmaqdan imtina etdi

Bolqarıstan “İstəklilər koalisiyası”na qoşulmaqdan imtina etdi

by Baş Redaktor
104 Baxış

Bolqarıstan Prezidenti Rumen Radev Fransa Prezidenti Emmanuel Makronun ölkəsini “İstəklilər koalisiyası”na qoşulmağa dəvət etməsi ilə bağlı təklifi qəbul etmədiklərini açıqlayıb.

Army.az-ın məlumatına görə, Radev bildirib ki, Bolqarıstan Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsini hədəfləyən beynəlxalq təşəbbüslərdə iştirak etməyi planlaşdırmır.

Onun sözlərinə görə, Emmanuel Makron bu məsələni şəxsən gündəmə gətirib və Bolqarıstanın koalisiyaya qoşulmasını təklif edib. Lakin rəsmi Sofiya belə formatlarda təmsil olunmaq niyyətində olmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

Əlaqəli Yazılar Xüsusi