Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin iyulun 15-də Ukraynanın paytaxtı Kiyevə səfər edəcəyi rəsmən təsdiqlənib.
Army.az xəbər verir ki, bu barədə Brüsseldə təşkil olunan mətbuat brifinqində Avropa Komissiyasının sözçüsü Olof Qill açıqlama verib.
Sözçünün bildirdiyinə görə, təhlükəsizlik məsələləri nəzərə alındığından səfərin proqramı və digər detalları hələlik ictimaiyyətə açıqlanmır. Onun sözlərinə görə, əlavə məlumatın paylaşılması mümkün olan kimi bu barədə məlumat veriləcək.