İranın Hörmüzqan əyalətində yerləşən Bəndər-Abbas və Hacıabad şəhərlərinə endirilən zərbələr nəticəsində azı üç nəfərin öldüyü bildirilir.
Army.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama əyalət rəhbərliyinə istinadən yayılıb.
Bildirilir ki, hücumların əsas hədəfi Bəndər-Abbasın qərb hissəsində və Hacıabad şəhərində yerləşən yaşayış məntəqələri olub.İlkin məlumatlarda hücumların yaşayış ərazilərinə yönəldiyi və nəticədə insan tələfatının qeydə alındığı vurğulanır.