İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni atəşkəs rejimini pozacağı təqdirdə daha sərt cavabla üzləşəcəyi barədə xəbərdar edib.
Army.az xəbər verir ki, bu barədə SEPAH nümayəndəsi Sərdar Möhəbbi məlumat verib.
O bildirib ki, İslam Respublikası düşmən tərəfindən atılacaq istənilən addıma qətiyyətlə cavab verəcək.
“ABŞ və müttəfiqləri etibarlı tərəf hesab edilmir. Əgər atəşkəs növbəti dəfə pozularsa, Tehran əvvəlkindən daha sərt tədbirlər görəcək. İran danışıqlar prosesi davam etsə belə, istənilən mərhələdə mümkün düşmən addımlarına qarşı hazırlıqlı olmağa davam edəcək”.
