Ev Hərbi XəbərlərNetanyahudan ABŞ-a çağırış: Türkiyəyə F-35 satmayın

Netanyahudan ABŞ-a çağırış: Türkiyəyə F-35 satmayın

by Baş Redaktor
73 Baxış

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ı Türkiyəyə müasir hərbi texnologiyaların satışına icazə verməməyə çağırıb.

Army.az xəbər verir ki, Netanyahu bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, Vaşinqton Ankaraya F-35 “Lightning II” qırıcılarının və F110 reaktiv mühərriklərinin satışını həyata keçirməməlidir. İsrail hökumət başçısı bu silah sistemlərinin Türkiyəyə verilməsinə qarşı olduğunu açıq şəkildə ifadə edib.

Məlumata görə, Netanyahu bu çağırışı ABŞ Prezidenti Donald Trampın NATO Zirvəsində iştirak etmək üçün Türkiyəyə səfəri ərəfəsində səsləndirib.

banner

Xəbərdə qeyd olunur ki, Tramp administrasiyası Konqresdəki etirazlara baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində “General Electric” istehsalı olan F110 mühərriklərinin satışını davam etdirməyi nəzərdən keçirir. Həmin mühərriklərin Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın ilk seriyalarında istifadə olunması planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi