Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilir ki, Tsarukyanın evində aparılan axtarışlardan sonra o, Ermənistanın İstintaq Komitəsinə aparılıb. Tonoyan, həmçinin siyasətçiyə məxsus Tsaxkadzordakı otellərin möhürləndiyini açıqlayıb.
Tsarukyanın vəkili Yerem Sarqsyan da saxlanılma faktını təsdiqləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda məhkəmədə siyasətçi barəsində həbs də daxil olmaqla, qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacaq.
