ABŞ Prezidenti Donald Tramp ölkə üzrə hava limanlarında uçuşların müvəqqəti dayandırılmasının səbəblərindən biri kimi aviasiya sistemindəki texniki problemləri göstərib.
Army.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının jurnalisti Piter Dusi məlumat verib.
Onun sözlərinə görə, Tramp Federal Aviasiya Administrasiyasının fəaliyyətində istifadə olunan texniki infrastrukturun köhnəldiyini və çoxsaylı nasaz avadanlıqların mövcud olduğunu bildirib. ABŞ prezidenti uçuşların dayandırılmasının bu problemlərlə əlaqəli ola biləcəyini ehtimal edib.