Ev DünyaƏrdoğan: “Tarix yenidən yazılır, Türkiyə bu tarixin gedişatını müəyyənləşdirir”

Ərdoğan: “Tarix yenidən yazılır, Türkiyə bu tarixin gedişatını müəyyənləşdirir”

by Baş Redaktor
27 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda tarixi proseslərin yenidən formalaşdığını bildirib.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Ərdoğan vurğulayıb ki, Türkiyə vicdanlı, prinsipial və sülh yönümlü siyasəti ilə regionda baş verən hadisələrin gedişatına təsir göstərir.

“Regionumuzda tarix yenidən yazılır. Türkiyə vicdanlı, prinsipial və sülhsevər siyasəti sayəsində tarixin gedişatını müəyyənləşdirir. Artıq heç kim bunun qarşısını ala bilməyəcək”, – deyə Ərdoğan bildirib.

banner

Türkiyə lideri ölkəsinin qarşısına çıxarıla biləcək təxribat və maneələrin Ankara tərəfindən qəbul edilməyəcəyini qeyd edib.

“Türkiyənin xeyirli irəliləyişinə təxribatlar və tələlərlə mane ola biləcəklərini düşünənlər məyus olacaqlar. Doğru hesab etdiyimiz yoldan dönməyəcəyik və başqalarının təxribatlarına yolumuzu dəyişməyə imkan verməyəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Türkiyə bundan sonra da qətiyyət, səbir və möhkəm iradə ilə seçdiyi yolda irəliləməyə davam edəcək.

Əlaqəli Yazılar Xüsusi