Ermənistan parlamentinin spikeri Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkədəki müxalifət qüvvələri ilə bağlı sərt qiymətləndirmə verdiyini bildirib.
Army.az xəbər verir ki, Rubinyan bu barədə keçirdiyi brifinq zamanı danışıb.
Onun sözlərinə görə, AŞPA-nın Ermənistan parlament seçkiləri ilə bağlı hesabatında xarici qüvvələrin müxalifətin seçkilərdə dəstək qazanmasına kömək etmək məqsədilə iqtisadi və təhlükəsizlik alətlərindən istifadə etdiyinə dair qeyd yer alıb.
Rubinyan hesabatdakı bu ifadənin müxalifətə qarşı ciddi ittiham olduğunu deyib:
“Əziz insanlar, başa düşürsünüzmü, sizi xəyanətdə ittiham ediblər? Xarici güclər sizin seçilə bilməyiniz üçün Ermənistan Respublikasına qarşı iqtisadi sanksiyalardan və təhlükəsizlik təhdidlərindən istifadə ediblər”.
