İranın xarici işlər naziri Abbas Əraqçi Körfəz regionunda təhlükəsizlik məsələlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Onun sözlərinə görə, son müharibə xarici qüvvələrin və digər ölkələrə məxsus hərbi bazaların regionun təhlükəsizliyini təmin edə bilmədiyini göstərib:
“Əksinə, həmin qüvvələr və bazalar təhlükəsizliyə əlavə təhdid yaradıb. Ərazisində ABŞ-ın hərbi bazaları olmayan ölkələr münaqişə zamanı daha az zərər görüb. Xarici hərbi bazalar isə hətta öz maraqlarını hücumlardan qorumaqda belə aciz qalıb.
Baş verən müharibə region dövlətlərinin təhlükəsizlik və siyasi yanaşmalarına, eləcə də İranla birgəyaşayış məsələsinə baxışlarına ciddi təsir göstərib. Hazırda Körfəz ölkələrində regional təhlükəsizliyin təmin olunması ilə bağlı daha aydın yanaşma formalaşıb. Fars körfəzi regionunda təhlükəsizlik yalnız kollektiv şəkildə təmin edilməlidir”.
