Ev DünyaPaşinyan: “Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyini itirmək həddinə çatdırmışdı”

Paşinyan: “Qarabağ münaqişəsi Ermənistanı dövlətçiliyini itirmək həddinə çatdırmışdı”

by Baş Redaktor
55 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin ölkəsinin dövlətçiliyi və müstəqilliyi üçün ciddi təhlükə yaratdığını bildirib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

O, yeni Konstitusiya layihəsinin təqdimatı ilə bağlı xalqa müraciətində münaqişənin yaranma səbəbləri və onun Ermənistan üçün nəticələri barədə fikirlərini bölüşüb.

Paşinyan ehtimal edib ki, Qarabağ münaqişəsi SSRİ-nin dağılması ərəfəsində sülhün uzun müddət əlçatmaz məqsəd olaraq qalması üçün ortaya çıxarılıb. Onun iddiasına görə, sülhə nail olmaq istəyi Ermənistanı nəticədə öz dövlətçiliyindən və müstəqilliyindən imtina etmək düşüncəsinə qədər gətirib çıxara bilərdi.

banner

Baş nazir əlavə edib ki, Qarabağ məsələsi üzrə aparılan danışıqlar prosesi də məhz bu yanaşma üzərində qurulmuşdu. Onun sözlərinə görə, münaqişə Ermənistanı dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

Əlaqəli Yazılar Xüsusi