Ev DünyaPaşinyan bu qərarı təkbaşına verəcək – Artıq…

Paşinyan bu qərarı təkbaşına verəcək – Artıq…

by Baş Redaktor
36 Baxış

Ermənistanda hazırlanmış yeni Konstitusiya layihəsində Silahlı Qüvvələrin idarə olunması və hərbi qərarların qəbulu mexanizminin yenidən qurulması nəzərdə tutulur.

Army.az xəbər verir ki, layihədə müharibə və sülh dövründən asılı olmayaraq, ölkənin Baş nazirinin Silahlı Qüvvələrin Ali Baş Komandanı olması təklif edilir.

Bu, hazırkı konstitusion qaydadan fərqlənir. Belə ki, qüvvədə olan Əsas Qanunun 155-ci maddəsinə əsasən, Baş nazir yalnız müharibə şəraitində ordunun Ali Baş Komandanı hesab olunur.

Layihədə hərbi qüvvələrin təcili istifadəsi ilə bağlı qərarvermə proseduruna da dəyişiklik təklif edilir. Yeni qaydalara əsasən, zərurət yarandıqda Baş nazir Silahlı Qüvvələrin tətbiqi barədə qərarı müdafiə nazirinin əvvəlcədən təqdim edəcəyi təklif olmadan da qəbul edə biləcək.

banner

Bununla yanaşı, hökumət başçısı qəbul etdiyi qərar barədə dərhal Nazirlər Kabinetinin üzvlərini məlumatlandırmalıdır. Hökumətə isə həmin qərarı ləğv etmək və ya onun icrası üçün nəzərdə tutulan tədbirləri dayandırmaq səlahiyyəti veriləcək.

Digər mühüm dəyişiklik ordunun ölkə hüdudlarından kənarda istifadəsi ilə bağlıdır. Layihəyə görə, Ermənistan Silahlı Qüvvələrinin xaricə göndərilməsi üçün parlamentin razılığı alınmalıdır. Yalnız Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar bu qaydadan istisna təşkil edəcək.

Əlaqəli Yazılar Xüsusi