ABŞ Prezidenti Donald Tramp İrana qarşı növbəti hərbi əməliyyatların keçirilməsi məsələsində hələlik tələsmədiyini bildirib. Bu mövqe İsrailin Tehrana qarşı genişmiqyaslı bombardman kampaniyasının başlanması ilə bağlı təzyiqlərinə baxmayaraq dəyişməyib.
Army.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“Hazırda hər hansı qərar qəbul etməyə tələsmirəm. Görək, yeni ilin başlanmasından sonra vəziyyət necə inkişaf edəcək”, – deyə ABŞ Prezidenti qeyd edib.
Tramp İrana qarşı yeni hücumların baş vermə ehtimalını “kifayət qədər aşağı” qiymətləndirsə də, Vaşinqton və Təl-Əviv mümkün birgə hərbi əməliyyat variantını nəzərdən keçirməkdə davam edir.
