Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünə endirilən zərbələrlə bağlı ilk dəfə açıqlama verərək Moskvadan daha sərt cavab tədbirlərinin görüləcəyini bəyan edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Putinin sözlərinə görə, Krım körpüsünə hücumlara qarşı Rusiyanın atacağı cavab addımları daha ağır nəticələrə səbəb olacaq.
Kreml rəhbəri bildirib ki, o, Rusiya Təhlükəsizlik Şurası ilə bəzi sahələrdə atəşkəsin mümkünlüyünü də müzakirə edib. Lakin Krım körpüsünə zərbələrdən sonra bu istiqamətdə razılaşmaların aparılmayacağını vurğulayıb.
Putin Krım körpüsünü sırf mülki obyekt adlandırıb və onun uzun müddətdir hərbi texnikanın daşınması üçün istifadə edilmədiyini iddia edib.
O, həmçinin körpünün dəmir yolu hissəsinin artıq bərpa olunduğunu açıqlayıb.
