Ev TexnologiyaBelarus ordusuna 30 modernləşdirilmiş T-72BM2 tankı verildi

Belarus ordusuna 30 modernləşdirilmiş T-72BM2 tankı verildi

by Baş Redaktor
46 Baxış

Belarus ordusunun silahlanmasına modernləşdirilmiş 30 ədəd T-72BM2 tankı əlavə edilib.

Army.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatına görə, yeni texnika Qrodno vilayətinin Slonim şəhərində yerləşən 11-ci Əlahiddə Qvardiya Mexanikləşdirilmiş Briqadasının istifadəsinə verilib.

Tankların yenilənməsi 140 saylı Təmir Zavodunda aparılıb. Müəssisənin mütəxəssisləri modernləşdirmə layihəsinin texniki sənədlərini hazırlayıb və istehsal prosesini həyata keçiriblər.

T-72BM2 layihəsi ilk dəfə 2022-ci ilin iyulunda təqdim olunub. Həmin dövrdən etibarən az sayda tank hərbi bölmələrdə sınaqdan keçirilib.

banner

Məlumata əsasən, modernləşdirmə zamanı müasir döyüş şəraitində zirehli texnikanın istifadəsi ilə bağlı təcrübə nəzərə alınıb. Bununla belə, yayımlanan görüntülərdə tanklarda pilotsuz uçuş aparatlarına qarşı qorunma sistemlərinin olmadığı diqqət çəkib.

Əlaqəli Yazılar Xüsusi