Ev TexnologiyaVaşinqtondan güc mesajı: Hava və dəniz qüvvələri birgə təlim keçirdi

Vaşinqtondan güc mesajı: Hava və dəniz qüvvələri birgə təlim keçirdi

by Baş Redaktor
61 Baxış

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus A-10 “Thunderbolt II” hücum təyyarəsi Sakit okeanda keçirilən hərbi təlim zamanı suyun səthində hərəkət edən USS “Nebraska” strateji atom sualtı qayığını havadan müşayiət edib.

Army.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının Komandanlığı məlumat yayıb.

Bildirilib ki, təlim iyulun 28-də baş tutub və əsas məqsəd strateji nüvə çəkindirmə sisteminin ən riskli mərhələlərindən biri sayılan suüstü fəaliyyət zamanı sualtı qayığın təhlükəsizliyinin necə təmin olunduğunu nümayiş etdirmək olub.

Məlumata əsasən, təlim çərçivəsində A-10 “Thunderbolt II” təyyarəsi sualtı qayığa yaxınlaşa biləcək təyyarələr, pilotsuz uçuş aparatları və yüksək sürətli suüstü hədəflərin vaxtında aşkar edilməsi, izlənilməsi və zərurət yarandıqda operativ şəkildə zərərsizləşdirilməsi imkanlarını nümayiş etdirib.

banner

Əlaqəli Yazılar Xüsusi