Ev DünyaTramp 2028 iddialarına son nöqtəni qoydu: “Hələ çox tezdir”

Tramp 2028 iddialarına son nöqtəni qoydu: “Hələ çox tezdir”

by Baş Redaktor
69 Baxış

ABŞ prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində vitse-prezident Cey Di Vensi dəstəklədiyi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Army.az xəbər verir ki, bunu Tramp Ağ Evdə, Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bu məsələni müzakirə etmək üçün hələ tezdir:

“Onun haqqında deyilənləri eşitmişəm. Cey Di əla iş görür, amma 2028-ci il barədə danışmaq üçün hələ kifayət qədər vaxt var”.

banner

Qeyd edək ki, bundan əvvəl “The Washington Post” anonim mənbələrə istinadən Trampın qapalı görüşlərin birində “Sonda Cey Dini seçməliyik” ifadəsini işlətdiyini yazmışdı.

Əlaqəli Yazılar Xüsusi