Ev Hərbi TexnologiyaTarixdə ilk dəfə: “Alfa” bölməsi minlərlə kamikadze dron aldı

Tarixdə ilk dəfə: “Alfa” bölməsi minlərlə kamikadze dron aldı

by Baş Redaktor
22 Baxış

“Return Alive” xeyriyyə fondu Ukrayna Təhlükəsizlik Xidmətinin “A” Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçülərinə 16.500 ədəd FPV dron bağışlayıb.

Army.az xəbər verir ki, bu barədə fondun sosial media hesabında paylaşım edilib.

Məlumata görə, bu, təşkilatın tarixində bir hərbi bölməyə birdəfəyə həyata keçirilən ən böyük FPV dron çatdırılması hesab olunur.

Açıqlamada qeyd edilir ki, nümayiş etdirilən partiya ümumi tədarükün yalnız kiçik hissəsidir. Dronların böyük hissəsi, o cümlədən minlərlə analoq FPV və optik liflə idarə olunan aparat birbaşa bölməyə göndərilib.

banner

Fondun məlumatına əsasən, son altı ay ərzində xüsusi təyinatlı qüvvələrə müxtəlif növ 50 mindən çox pilotsuz uçuş aparatı təqdim olunub.

Bildirilir ki, bu dronlardan cəbhənin müxtəlif istiqamətlərində canlı qüvvəyə, zirehli texnikaya, nəqliyyat vasitələrinə və istehkamlara qarşı istifadə edilir. Fond həmçinin qeyd edib ki, sözügedən bölmə məhv edilən hədəflərin sayına görə Ukrayna Müdafiə Qüvvələri arasında ön sıralarda yer alır.

Əlaqəli Yazılar Xüsusi