Ev Hərbi XəbərlərDonbas şərti qəbuledilməzdir — Merzdən sərt mövqe

Donbas şərti qəbuledilməzdir — Merzdən sərt mövqe

by Baş Redaktor
25 Baxış

Almaniya Kansleri Fridrix Merz Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə G7 Sammiti çərçivəsində keçirilən görüşdə sülh danışıqlarına hazırlığın təsdiqləndiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumt yayıb.

Almaniya kanslerinin sözlərinə görə, Zelenski ilə birlikdə ABŞ Prezidenti Donald Trampa sülh danışıqlarına hazır olduqlarını açıq şəkildə çatdırıblar.

O vurğulayıb ki, danışıqlar yalnız ədalətli və düzgün mövqelərdən başlamalıdır.

banner

Merz həmçinin qeyd edib ki, Rusiyanın Donbasın Ukraynanın nəzarətində olan hissəsinin verilməsi ilə bağlı tələbi qəbuledilməz hesab olunur.

Onun sözlərinə görə, Avropada Trampın sülh prosesinə daha açıq yanaşdığı və müharibənin dayandırılması üçün birgə yol axtardığı barədə fikir formalaşır.

Əlaqəli Yazılar Xüsusi