ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə münasibətdə mövqeyini yenidən qiymətləndirir.
Army.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda həm Trampın ətrafında, həm də G7 Sammiti çərçivəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni yanaşma formalaşıb. Bu yanaşmaya görə, Moskvanın döyüş meydanında qələbə qazanmaq ehtimalı aşağı qiymətləndirilir.
Qeyd olunur ki, bu mövqe Trampın əvvəlki açıqlamalarından fərqlənir. O, 2025-ci ilin avqustunda Alyaskada Vladimir Putin ilə görüşdən sonra Ukraynanın zəif mövqedə olduğunu və mümkün ərazi güzəştlərinin gündəmdə ola biləcəyini bildirmişdi.
