Ukrayna Prezidenti Volodimir Zelenski iyunun sonlarında Fransada təşkil olunacaq G7 sammitinə qatılmağı nəzərdə tutur.
Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Ukrayna lideri Evian-le-Ben şəhərində keçiriləcək toplantıda Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Böyük Britaniya və ABŞ rəhbərləri ilə birlikdə iştirak edə bilər.
Mənbələrin sözlərinə görə, görüşlərin əsas mövzuları arasında hərbi-siyasi əməkdaşlıq, təhlükəsizlik sahəsində koordinasiya və Ukraynanın hava hücumundan müdafiə imkanlarının daha da gücləndirilməsi yer alacaq.
