ABŞ-ın kəşfiyyat icmasında koordinasiya və səlahiyyət məsələləri ətrafında ciddi fikir ayrılığı yaranıb.
Army.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) son dövrlərdə Milli Kəşfiyyat Direktoru Ofisinin (ODNI) hazırladığı bir sıra strateji qiymətləndirmələrə, o cümlədən İranla bağlı analitik sənədlərə iştirakını məhdudlaşdırıb.
Agentliyin mənbələri qeyd edir ki, iki qurum arasında münasibətlərdəki gərginlik artıq bir ildən çoxdur davam edir. Bu ziddiyyətin ABŞ administrasiyasının beynəlxalq proseslərlə bağlı qərar qəbul edərkən istinad etdiyi kəşfiyyat materiallarının hazırlanmasına mənfi təsir göstərdiyi vurğulanır.
