NATO və onun Avropa üzvləri ABŞ-ın “ev tapşırığını yerinə yetirmir”, əksinə müdafiə sahəsində Vaşinqtondan asılı olmadan fəaliyyət göstərirlər.
Army.az xəbər verir ki, bu barədə alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone məlumat yayıb.
“Biz ev tapşırığımızı yerinə yetiririk, boş dayanmırıq. Keçən il Haaqada keçirilən NATO sammitində böyük öhdəliklər götürmüşük”.
Bu açıqlama ABŞ-ın müharibə naziri Pit Heqsetin Avropa ölkələrinin ABŞ vergi ödəyicilərinin dəstəyindən sui-istifadə etməsi barədə fikirlərinə cavab olaraq səsləndirilib.
