58
ABŞ İranın Buşehr vilayətində, atom elektrik stansiyasının yaxınlığında yerləşən ərazilərə zərbələr endirib.
Army.az xəbər verir ki, bu barədə Buşehr vilayəti qubernatorunun müavini Ehsan Cahaniyan “Al Alam” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ ordusunun endirdiyi zərbələr nəticəsində vilayətdə bir neçə obyekt, o cümlədən Buşehr Atom Elektrik Stansiyasının ətrafı hədəfə alınıb.