Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Ukraynanın “Patriot” zenit-raket komplekslərinin istehsalını qısa müddətdə təşkil etməsinin real görünmədiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O qeyd edib ki, belə bir istehsalın qurulması ən yaxşı halda 10-15 il çəkə bilər:
“Yüksək texnoloji imkanlara malik Yaponiya belə “Patriot” sistemlərinin istehsalını təşkil etmək üçün beş ilə yaxın vaxt sərf edib. Ukrayna yalnız geniş beynəlxalq dəstək aldığı halda belə bir layihəni reallaşdıra bilər. Rusiya bu prosesi diqqətlə izləyəcək və belə istehsalın Ukrayna ərazisində qurulmasına imkan verməyəcək”.
