İsrail mediası ölkəyə ABŞ-dan genişmiqyaslı hərbi yardım göndərildiyini bildirib.
Army.az xəbər verir ki, bu barədə Kanal 13 məlumat yayıb.
Bildirilir ki, son sutka ərzində onlarla ABŞ hərbi-nəqliyyat təyyarəsi Təl-Əvivə eniş edib.
Təyyarələr Almaniyada yerləşən Amerika hərbi bazalarından müxtəlif sursat və silah sistemləri daşıyıb.
Məlumata əsasən, silah tədarükü bölgədə davam edən müdafiə hazırlıqları və mümkün hərbi əməliyyatların yenidən genişlənməsi ehtimalı fonunda həyata keçirilir.
Xüsusilə İran istiqamətində gərginliyin artması ehtimalının İsrailin hazırlıq tədbirlərini sürətləndirdiyi qeyd olunur.
