Ev TexnologiyaKiyev yeni silahını açıqladı: Rusiya dronları lazerlə vurulacaq

Kiyev yeni silahını açıqladı: Rusiya dronları lazerlə vurulacaq

by Baş Redaktor
16 Baxış

Ukrayna yaxın aylarda Rusiya istehsalı pilotsuz uçuş aparatlarına qarşı istifadə ediləcək yeni lazer silahını təqdim etməyə hazırlaşır.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanının müavini, briqada generalı Andrey Lebedenko məlumat verib.

Onun sözlərinə görə, yeni silahın hazırlanmasında Ukrayna Müdafiə Nazirliyinin aidiyyəti qurumu ilə yanaşı, özəl müdafiə şirkətləri də iştirak edir.

“Ukraynada lazer silahları istehsal edən özəl müəssisələr var. Yerli istehsal olan bu sistemlər dronları məhv etmək imkanına malikdir. Hazırda onların Rusiyanın “Şahid” PUA-larına qarşı istifadəsi üzərində iş aparılır. Silahın 2-3 ay ərzində tam hazır olacağı gözlənilir”, – deyə Lebedenko bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi