ABŞ Mərkəzi Komandanlığının fəaliyyət zonasına daxil olan Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrika istiqamətlərində xidmət aparan iki Amerika esminesinin lazer texnologiyası ilə gücləndirildiyi açıqlanıb.
Army.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
Bildirilir ki, “USS Spruance” esminesi “Abraham Lincoln” aviadaşıyan zərbə qrupunda fəaliyyət göstərir, “USS John Finn” isə Hind okeanında döyüş növbətçiliyini davam etdirir.
Hər iki hərbi gəmidə “ODIN” adlı xüsusi lazer sistemi quraşdırılıb. Bu texnologiya pilotsuz uçuş aparatlarının fəaliyyətinə müdaxilə etmək, həmçinin gəmilər, sualtı qayıqlar, döyüş təyyarələri və dronlarda istifadə olunan müşahidə kameraları ilə sensorları sıradan çıxarmaq üçün nəzərdə tutulub.
