Ukrayna və Fransa hava hücumundan müdafiə (HHM) imkanlarının gücləndirilməsi istiqamətində yeni əməkdaşlıq addımlarını müzakirə edib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Mixail Fyodorov ilə Fransanın Silahlı Qüvvələr və Veteranlar naziri Ketrin Votren arasında “Aster 30” raketlərinin Ukraynaya çatdırılması və yeni radar sistemlərinin tədarükünün sürətləndirilməsi məsələləri gündəmə gətirilib.
Tərəflər Ukraynanın hava məkanının müdafiəsinin gücləndirilməsi üçün konkret addımlar üzərində fikir mübadiləsi aparıblar.
Müzakirələrdə Avropa İttifaqının kredit mexanizmi çərçivəsində ilin sonunadək radar sistemlərinin tədarükünün sürətləndirilməsi də nəzərdən keçirilib.
