Ev Dünya“Sərt adamdır” – Tramp Ərdoğan haqqında danışdı

“Sərt adamdır” – Tramp Ərdoğan haqqında danışdı

by Baş Redaktor
8 Baxış

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığını yüksək qiymətləndirib.

Army.az xəbər verir ki, Ağ Ev rəhbəri Vaşinqton yaxınlığında yerləşən Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında bildirib ki, Ankara ilə münasibətlər hazırda olduqca müsbət səviyyədədir.

Tramp qeyd edib ki, Ərdoğanla şəxsi əlaqələri çox yaxşıdır və bu münasibətləri xüsusi hesab edir.

“Prezident Ərdoğanla çox səmərəli söhbətimiz oldu. Bizim münasibətlərimiz həqiqətən yaxşıdır. Güclü və sərt liderlərlə belə əlaqələrin olması vacibdir”, – deyə ABŞ prezidenti vurğulayıb.

banner

O əlavə edib ki, Türkiyə liderini etibarlı tərəfdaş hesab edir:

“Bəziləri fərqli düşünə bilər, amma mən onun yaxşı müttəfiq olduğuna inanıram. Türkiyə xalqının da ona böyük hörməti var”, – Tramp bildirib.

Əlaqəli Yazılar Xüsusi