Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Asim Munirin yaxın saatlarda Tehrana səfər edəcəyi bildirilir. Səfərin əsas məqsədinin Fars körfəzi ətrafında yaranmış vəziyyətlə bağlı İran rəhbərliyinə xüsusi mesajın çatdırılması olduğu qeyd edilir.
Army.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fida Hüseyn Maliki açıqlama verib.
Onun sözlərinə görə, pakistanlı general bu gün İran paytaxtına gələrək yüksək səviyyəli rəsmilərlə görüş keçirəcək və məxfi məzmunlu mesajı təqdim edəcək.
Mesajın hansı mövzuları əhatə etdiyi barədə isə hələlik rəsmi məlumat paylaşılmayıb.
