Ev Texnologiya“Baykar” və “Leonardo” birgə layihələrinin nəticələrini təqdim edəcək

“Baykar” və “Leonardo” birgə layihələrinin nəticələrini təqdim edəcək

by Baş Redaktor
35 Baxış

Türkiyənin “Baykar” və İtaliyanın “Leonardo” şirkətləri pilotlu və pilotsuz döyüş platformalarının birgə istifadəsi sahəsində əldə etdikləri nəticələri ictimaiyyətə təqdim etməyə hazırlaşır.

Army.az xəbər verir ki, hər iki şirkət iyulun 21-də Böyük Britaniyada start götürəcək “Farnborough Airshow” beynəlxalq aviasiya və müdafiə sərgisi çərçivəsində birgə təqdimat keçirəcək.

Təqdimatın əsas mövzusu Türkiyədə M-346 təlim təyyarəsi ilə “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin iştirakı ilə həyata keçirilən pilotlu–pilotsuz komanda işi (Manned-Unmanned Teaming – MUM-T) sınaqlarının nəticələri olacaq. Bu sınaqların gələcək hava əməliyyatlarında yeni imkanlar yaratdığı vurğulanır.

Əlaqəli Yazılar Xüsusi