Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hərbi-sənaye kompleksinə və həmin sahənin fəaliyyətini təmin edən infrastruktura qarşı zərbələrin davam etdirilməsinin zəruri olduğunu bəyan edib.
Army.az xəbər verir ki, bu barədə o, Birləşmiş Qüvvələrin yardım məntəqələrindən birinə səfəri zamanı danışıb.
Putinin sözlərinə görə, Ukraynanın hərbi-sənaye potensialını dəstəkləyən obyektlərə qarşı kütləvi hücumlar davam etdirilməlidir.
Rusiya lideri çıxışı zamanı, həmçinin Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətində yerləşən Konstantinovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini iddia edib. Ukrayna tərəfi isə bu iddia ilə bağlı rəsmi təsdiq verməyib.
