Ev DünyaPaşinyanın Türkiyə səfərinin tarixi açıqlanıb

Paşinyanın Türkiyə səfərinin tarixi açıqlanıb

by Baş Redaktor
83 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 11-də Türkiyəyə səfəri nəzərdə tutulub.

Army.az xəbər verir ki, hökumət başçısı Antalyada təşkil olunan BMT-nin 31-ci İqlim Dəyişikliyi Konfransına (COP31) qatılacaq.

Xatırladaq ki, beynəlxalq tədbir noyabrın 9-da öz işinə başlayıb və ayın 20-dək davam edəcək. Konfransın əsas tədbirlərindən biri olan dövlət və hökumət rəhbərlərinin sammiti isə noyabrın 11-12-də baş tutacaq.

Sammit zamanı iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, ekoloji problemlərin həlli və ölkələr arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələrin aparılması gözlənilir.

banner

Əlaqəli Yazılar Xüsusi