Ev DünyaKanada ABŞ-dan mümkün hərbi müdaxilə ssenarisinə hazırlaşıb

Kanada ABŞ-dan mümkün hərbi müdaxilə ssenarisinə hazırlaşıb

by Baş Redaktor
20 Baxış

Kanada ABŞ-dan mümkün hərbi müdaxilə ehtimalını nəzərə alaraq son bir ildə müxtəlif hazırlıqlar həyata keçirib.

Army.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni “The New York Times” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Ottava ABŞ-ın Kanadaya qarşı hərbi addım atmasını real ssenarilər sırasında yüksək qiymətləndirmir. Lakin ABŞ Prezidenti Donald Trampın Kanadanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ilə bağlı açıqlamaları ölkə hakimiyyətini mümkün riskləri nəzərdən keçirməyə vadar edib.

Karni qeyd edib ki, söhbət konkret təhlükənin gözlənilməsindən deyil, ehtiyat tədbirlərindən gedir. Baş nazirin fikrincə, belə bir ehtimal əsas ssenari olmasa da, ona ümumiyyətlə hazırlaşmamaq məsuliyyətsiz yanaşma olardı.

banner

Əlaqəli Yazılar Xüsusi