ABŞ hökuməti ballistik raketlərə qarşı müdafiə imkanlarını artırmaq məqsədilə THAAD (Terminal Yüksək Hündürlük Ərazi Müdafiə Sistemi) raketlərinin istehsalını kəskin şəkildə genişləndirəcək yeni müqavilə imzalayıb.
Army.az xəbər verir ki,”Lockheed Martin” ilə bağlanan yeddi illik sazişin ümumi dəyəri 35 milyard dollara qədər yüksələ bilər.
Müqavilə çərçivəsində şirkət THAAD raketlərinin istehsal gücünü hazırkı səviyyə ilə müqayisədə dörd dəfə artıracaq.
Bu layihə ABŞ Müdafiə Nazirliyinin yeni Tədarük Transformasiyası Strategiyası çərçivəsində həyata keçirilən ilk böyük çoxillik satınalma proqramlarından biri kimi qiymətləndirilir.
