“Ukraynanın pilotsuz uçuş aparatları istehsalının genişləndirilməsi üçün yaxın günlərdə 6 milyard avro ayrılacaq”.
Army.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen deyib.
O bildirib ki, artıq yeni maliyyə paketinin ilk mərhələsinə start verilib:
“Bu gün həmin kredit üzrə ilk tranşı – 3,2 milyard avro həcmində makromaliyyə yardımını köçürürük. Yaxın günlərdə isə pilotsuz uçuş aparatlarının istehsalı üçün nəzərdə tutulan ilk 6 milyard avroluq maliyyələşdirməyə başlayacağıq”.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqı, Polşa, Fransa və Almaniya tərəfindən dəstəklənən yeni investisiya fondu artıq fəaliyyətə hazırdır. Onun sözlərinə görə, fond bu il 500 milyon avroya qədər vəsait cəlb edə, gələcəkdə isə bu məbləği 1 milyard avroya çatdıra bilər.
