Ev Dünya“Tarixin ən ağır cinayətlərinə baxmayaraq…” – Merz

“Tarixin ən ağır cinayətlərinə baxmayaraq…” – Merz

by Baş Redaktor
6 Baxış

Almaniya kansleri Fridrix Merz Almaniya ilə Polşa arasındakı münasibətləri sülh və barışığın uğurlu nümunəsi kimi qiymətləndirib.

Army.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

Merz bildirib ki, son 35 ildə polyaklar və almanlar tarixdə baş vermiş ağır hadisələrə baxmayaraq qarşılıqlı etimada əsaslanan münasibətlər qurmağın mümkün olduğunu nümayiş etdiriblər.

Kansler xüsusilə 1939–1945-ci illərdə Almaniyanın Polşaya və polyak xalqına qarşı törətdiyi cinayətləri xatırladaraq, buna baxmayaraq iki xalq arasında sülh, mehriban qonşuluq və dostluq münasibətlərinin formalaşdığını vurğulayıb.

banner

“Son 35 il ərzində polyaklar və almanlar sübut etdilər ki, 1939–1945-ci illərdə Polşada və polyak xalqına qarşı törədilmiş dəhşətli cinayətlərə baxmayaraq, sülh, yaxşı qonşuluq və dostluq mümkündür”, – deyə Almaniya kansleri bildirib.

Əlaqəli Yazılar Xüsusi