Ev DünyaZelenski : “Müharibənin uzadılmasına cavab veririk”

Zelenski : “Müharibənin uzadılmasına cavab veririk”

by Baş Redaktor
9 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın enerji infrastrukturuna qarşı yeni uzaqmənzilli əməliyyatların həyata keçirildiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenskinin sözlərinə görə, ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarı ərazisində yerləşən “Poltavskaya” neft bazasını hədəfə alıb:

“Obyekt cəbhə xəttindən təxminən 300 kilometr məsafədə yerləşir. Səhər saatlarında isə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Ufa şəhərində yerləşən “Başneft-Ufaneftexim” və “Başneft-Novoyl” neft emalı zavodlarına zərbələr endirilib. Bu obyektlər cəbhədən təxminən 1500 kilometr uzaqlıqda yerləşir”.

banner

Zelenski bu əməliyyatları Rusiyanın müharibəni davam etdirməsinə və Ukrayna şəhərlərinə hücumlarına cavab kimi qiymətləndirib.

“Uzaqmənzilli əməliyyatlarımız müharibənin uzadılmasına verilən dəqiq cavabdır. Müharibə başa çatmalıdır və Rusiya diplomatiya haqqında düşünməlidir”, – deyə Ukrayna Prezidenti özünün Telegram hesabında yazıb.

Əlaqəli Yazılar Xüsusi