Ev DünyaKiyev Budapeştin siyasətindən narazıdır: “Macarıstanın mövqeyi bizi təəccübləndirir”

Kiyev Budapeştin siyasətindən narazıdır: “Macarıstanın mövqeyi bizi təəccübləndirir”

by Baş Redaktor
24 Baxış

Ukraynanı Macarıstan hakimiyyətinin qarşıdurma xarakterli açıqlamaları çaşqın vəziyyətə salır.

Army.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində yazıb.

O, Budapeştin Kiyevin təşəbbüsü ilə yaradılan “Karpat səkkizliyi” birliyinə qoşulmaq istəməməsinə təəccübünü ifadə edib. Sibiqa Macarıstanın “bu qədər qəti şəkildə imtina etməsinin” səbəblərinin məlum olmadığını bildirib.

Ukrayna XİN rəhbəri, həmçinin Macarıstanın öz ərazisində Ukrayna üçün yanacaq anbarlarının tikintisinə icazə verməmək niyyətinə də münasibət bildirib.

banner

“Pragmatik biznesə siyasət hər dəfə müdaxilə etdikdə bundan yaxşı heç nə çıxmır. Son vaxtlar Budapeştdən eşitdiklərimiz bizi çaşqın vəziyyətə salır”, – deyə Sibiqa yazıb.

Əlaqəli Yazılar Xüsusi