BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən İran Prezidenti Məsud Pezeşkianın ABŞ-də həbs edilə biləcəyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Qasım Rəvanbəxş danışıb.
“Biz Amerika ilə müharibə vəziyyətindəyik. Özü də söhbət cəmi bir neçə ay əvvəl çəkinmədən bizim liderimizi öldürmüş və Venesuela Prezidentini (Nikolas Maduro) qaçırmış ölkədən gedir. Pezeşkianın Amerikada həbs edilməsi onun üçün heç bir problem yaratmaya bilər, amma bizim üçün bu, məğlubiyyət olardı”, – deputat bildirib.
Rəvanbəxş İran Prezidenti Məsud Pezeşkianla ABŞ Prezidenti Donald Tramp arasında mümkün görüşə də münasibət bildirib.
“Tramp Pezeşkianla görüşməyə hazır olduğunu bəyan edib. Lakin ola bilər ki, bizim prezidentimizi ələ salsın və son anda görüşü ləğv edərək onu qəbul etməsin və ya görüş üçün müxtəlif şərtlər irəli sürsün. Bu halda İran rüsvay ola bilər. Görüş baş tutsa belə, Əli Xameneinin və minlərlə iranlının qatililə görüşməyin nə faydası var?” – deyə Rəvanbəxş bildirib.
