Ev TexnologiyaTailand ordusuna yeni “Stryker” partiyası çatdırıldı

Tailand ordusuna yeni “Stryker” partiyası çatdırıldı

by Baş Redaktor
46 Baxış

Tailand Kral Ordusu ABŞ-dan daha 19 ədəd “Stryker” zirehli texnikasının ölkəyə gətirildiyini təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə Tailand Kral Ordusunun 11-ci Piyada Diviziyasının Təminat Alayı məlumat yayıb.

Bildirilib ki, ABŞ-dan gətirilən zirehli texnikalar texniki xidmət bölməsinin mütəxəssisləri tərəfindən gələcəkdə bərpa və texniki hazırlıq işlərinin aparılması üçün 112-ci Piyada Alayının texnika parkına yerləşdirilib.

Məlumata görə, yeni partiya ABŞ-ın istifadədən çıxarılmış hərbi texnikaların müttəfiq ölkələrə verilməsini nəzərdə tutan “Excess Defense Articles” proqramı çərçivəsində Xarici Hərbi Satış proqramının ilk mərhələsi üzrə Tailand tərəfinə təhvil verilib.

banner

Əlaqəli Yazılar Xüsusi