Ev Dünya“Avropanın Ukraynaya silah yardımı məsuliyyətsizlikdir” – Radev

“Avropanın Ukraynaya silah yardımı məsuliyyətsizlikdir” – Radev

by Baş Redaktor
9 Baxış

Bolqarıstanın Baş naziri Rumen Radev Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi dəstəyini tənqid edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Radev Almaniyanın Leypsiq şəhərində Rusiyanın iştirakı ilə əlaqələndirilən dron insidentinə münasibət bildirərkən Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün silah və kəşfiyyat məlumatlarının təqdim edilməsini məsuliyyətsiz addım adlandırıb.

Bolqarıstan hökumətinin başçısı Aİ və NATO-nun insidentlə bağlı qiymətləndirmələri ilə razı olduğunu bildirsə də, Kiyevə silah tədarükünün davam etdirilməsinə etiraz edib.

banner

O qeyd edib ki, Avropanın aparıcı dövlətləri Ukraynaya Rusiyanın dərinliklərinə, hətta minlərlə kilometr məsafədə yerləşən hədəflərə zərbə endirməyə imkan verən uzaqmənzilli silahlar təqdim edir. Radev həmçinin Avropa ölkələrinin kəşfiyyat məlumatları və təlimatçılarla bağlı dəstəyinə diqqət çəkib.

“Başqa bir dövlətin arxa cəbhəsinə hücum etdikdə bunun qarşılığında nə gözləyə bilərik? Qarşı tərəf buna sakit yanaşacaq, yoxsa cavab verəcək? Əsas sual məhz budur”, – deyə Radev vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi