İranda bəyan edilib ki, dəniz ticarət marşrutları bağlana bilər.
Army.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi İbrahim Zolfəqari məlumat yayıb.
ABŞ blokadası davam edərsə, İran Körfəz və Ərəb dənizində bütün ticarət fəaliyyətini dayandıra bilər.
Onun sözlərinə görə, vəziyyət daha da gərginləşərsə, Qırmızı dənizdə gəmiçiliyin də dayandırılması gündəmə gələ bilər.
Zolfəqari qeyd edib ki, bu cür addımlar atəşkəsin pozulması kimi qiymətləndiriləcək.
